
ABŞ millisinin üzvü “Bayer”də
- 16:40
- 37
Almaniyanın “Bayer” klubu ABŞ millisinin futbolçusu Malik Tillmanı transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Niderlandın PSV klubundan transfer edilən Tillman ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qola və 5 məhsuldar ötürməyə imza atıb.
Daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-nin əsas millisinin formasını geyinir.