ABL: “Sumqayıt” “Quba”ya məğlub oldu
- 30 Noy 2024 20:56
- 120
Azərbaycan Basketbol Liqasının 4-cü turunda B qrupunda "Sumqayıt" səfərdə "Quba"ya məğlub olub.
Rekord.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 97:83 hesablı qələbəsi ilə yekunlaşıb.
4-cü turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Ötən gün isə "Ordu" klubu səfərdə "Lənkəran"ı məğlub edib - 92:55. Bu gün baş tutan "Sabah" - NTD görüşündə meydan sahibləri 110:86 hesablı qələbəyə sevinib. Turun digər matçları dekabrın 1-də baş tutacaq.