Türkiyədə qadın voleybolçuların çempionatında vaxtında baş tutmayan oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Sarıyer BLD" təxirə salınmış 13-cü turun qarşılaşması çərçivəsində "Yeşilyurt" klubu ilə üz-üzə gəlib.

Rəqib meydanında keçirilən görüş Ayşən və rəfiqələri üçün yaxşı başlayıb və "Sarıyer BLD" ilk hissəni qalib başa vurub. Lakin voleybolçumuzun komandasının bundan artığına gücü çatmayıb. 4 set davam edən matçda blokçumuzun komandası 1:3 (25:17, 15:25, 17:25, 21:25) hesabı ilə məğlub olub.

Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 1-ni isə blokda qazanıb.