Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu 2-ci turda Fransanın "Nantes" kollektivi ilə üz-üzə gəlib. 

Budapeştdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam etmiş qarşılaşmada Ayşən və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər. 

Komandasının xalsız qaldığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 5-ni isə blokda qazanıb.