Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "ABAD məhəllə" layihəsi (Xəzər rayonu, Binə qəsəbəsi, 21,46 saylı binaların həyəti) çərçivəsində mini-futbol, stritbol, şahmat və turnikdə dartınma üzrə idman yarışları keçirilib.

Rekord.az xəbər verir ki, idman festivalında Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Binə bələdiyyəsinin nümayəndələri, məşqçilər və rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.