İtaliyanın “Sampdoriya” klubu baş məşqçi Marko Campaolonu istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu mövsüm keçirdiyi 8 oyunda cəmi 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülən komanda 2 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Campaolo bu ilin yanvar ayından “Sampdoriya”ya rəhbərlik edirdi.