"Çelsi"nin futbolçusu Romelu Lukaku antirekord müəyyyənləşdirib.

Rekord.az "Opta"ya istinadən xəbər verir ki, belçikalı hücumçunun antirekordu Premyer Liqanın 26-cı turunda "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb.

90 dəqiqə meydanda olan forvard topa cəmi 7 toxunuş edib.

Bu isə bu cür statistikaların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.