“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qol hesabını açıb.

Rekord.az xəbər verir ki, meydana çıxdığı əvvəlki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu “Zirə” ilə 8-ci turun ev görüşündə (3:0) fərqlənib.

Bu, Baqali üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu “Qəbələ”nin heyətində vurub.

“Zirə” ilə görüş həm də Baqalinin Premyer Liqadakı yubiley – 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.

2016/17, Qəbələ (16 oyun, 7 qol)
2017/18, Qəbələ (27 oyun, 13 qol)
2018/19, Neftçi (26 oyun, 14 qol)
2019/20, Neftçi (6 oyun, 1 qol)

Qeyd edək ki, Dabo Azərbaycan çempionatları tarixinin bombardirləri siyahısında 71-73-cü yerlərə şərikdi. O, Viktor Kulikov və Sahib Əliyevlə eyni sayda fərqlənib.