"Nyukasl" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real Sosyedad"ın forvardı Aleksander İsakı transfer edəcək.

Xəbərə görə, "Nyukasl" 65+5 milyon avro qarşılığında isveçli futbolçunun keçidini həll edəcək.

Aleksander İsak "Real Sosyedad"a 2019-cu ildə Dortmund "Borussiya"sından 15 milyon avro qarşılığında transfer olunub.

22 yaşlı qolçu La Liqa klubunun heyətində meydana çıxdığı 132 matçda 44 qol vurub.