
60 il sonra gələn qələbə
- 05 İyn 2022 12:40
- 466
İngiltərə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsindəki ilk oyununda Macarıstanla qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşdi.
Rekord.az xəbər verir ki, macarlar 60 il sonra İngiltərə üzərində qələbəyə seviniblər.
Sözügedən komanda sonuncu dəfə DÇ-1962-də bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. Ondan sonra bu iki komanda arasında baş tutmuş 15 qarşılaşmada macarlar qələbəyə həsrət qalmışdılar.
İngiltərə yığması qrupdakı növbəti matçını Almaniyaya, Macarıstan isə İtaliyaya qarşı keçirəcək.