"Mançester Yunayted" PSV-nin forvardı Kodi Qakponu bu qış transfer etməyə çalışacaq.

Rekord.az xəbər verir ki, Mançester təmsilçisi niderlandlı forvarda görə 50 milyon avro təklif edəcək.

Əslində, "Mançester Yunayted" mövsümün əvvəlində 23 yaşlı hücumçu üçün PSV-yə təklif göndərmişdi. Amma Eyndhoven məbləğ ürəkaçan olmadığına görə, Qakponu "qırmızı şeytanlar"a satmamışdı.

Qakpo bu mövsüm PSV-nin heyətində 23 oyuna çıxıb, 13 qol vurub, 17 assist edib.