
40 yaşlı İbrahimoviçə yeni müqavilə təklifi
- 19 Fev 2022 14:22
- 618
"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.
Rekord.az xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb.
A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq hücumçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro məvacib alır. Lakin "Milan" yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro əməkhaqqı ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadak arta bilər.
Qeyd edək ki. İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.