Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 yanvar 2024-cü il tarixində “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş 2004-2006-cı il təvəllüldü gənclər arasında sərbəst güləş idman növü üzrə şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin qalib və mükafatçıları diplom və medalla təltif olunub, eyni zamanda fevral ayında keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə edib.