12 komandalı çempionat niyə real görünmür?
- 13 May 2023 15:00
- 879
Son günlər yayılan xəbərlərdən biri də növbəti mövsüm Premyer Liqada 12 komandanın iştirakı ilə bağlıdır. Yənu hazırkı 10 komandadan hamısı yerində qalır, I Diviziondan isə daha iki komanda elitaya gətirilir. Hətta konkret olaraq, "Araz Naxçıvan"la "Zaqatala"nın adı çəkilir.
Rekord.az-a isə AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, hazırda say artımı müzakirə mövzusu deyil.
AFFA İcraiyyə Komitəsinon, eləcə də Rövnəq Abdullayevin də iştirak etdiyi Klublar Komitəsinin son iclasında da bu məsələ müzakirə olunmayıb. Səbəb isə odur ki, növbəti mövsüm üçün dövlətin ayıracağı vəsait içərisində əlavə maliyyə nəzərdə tutulmayıb. Daha iki komandanın gəlməsi üçün iki variant var: 1. Dövlət əlavə daha 6-7 milyon manat ayırmalıdır. 2. Premyer Liqaya gəlmək istəyən klub özünə ayrıca sponsor tapmalıdır. İndiki halda bunların heç biri olmdığı üçün say artımı da real görünmür.