“Zirə”nin potensial rəqibləri azaldı
- 13:20
- 34
"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri artıq konkretləşib. “Qartallar"ın mümkün rəqiblərinin sayı beşə düşüb.
Bunlar "Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovats"dır (Monteneqro).
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.