“Zirə” portuqaliyalı futbolçu transfer etdi
- 18:30
- 43
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.