Xəbər verdiyimiz kimi, ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Zirə" ev oyunlarını Sumqayıtdakı "Socar Polimer Arena"da keçirəcək.

Rekord.az xəbər verir ki, komandanın "Mehdi Hüseynzadə"ni yox, "Socar Polimer Arena"nı seçməsinin səbəbi var.

Belə ki, Belarusun BATE klubu da Konfrans Liqasında ev oyunlarını "Mehdi Hüseynzadə"də keçirəcək. Özü də "Zirə" ilə eyni mərhələdən mübarizəyə başlayacaqlar. Belaruslular "Mehdi Hüseynzadə" ilə daha öncədən razılaşdığından "Zirə" "Socar Polimer Arena"nı seçməli olub.