Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Turun qapanış matçında “Zirə” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Daha öncə “Sabah” “Səbail”ə (2:0), “Neftçi” “Turan Tovuz”a (3:0), “Sumqayıt” “Qarabağ”a (1:0) qalib gəlibsə, “Qəbələ” evdə “Kəpəz”ə uduzub - 0:1.

Misli Premyer Liqası
32-ci tur

29 aprel

“Zirə” - “Araz-Naxçıvan” 0:1
Qol: İqor Ribeyro, 89.
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı
11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.