Zaqatalada minifutbol üzrə Zaqatala rayon turniri keçirilib
- 10:30
- 34
Zaqatala rayonunda 15 İyun -Milli Qurtuluş Gününə həsr edilmiş kənd komandaları arasında davam edən minifutbol üzrə Zaqatala rayon turniri başa çatmışdır.
Rekord.az xəbər verir ki, turnirin finalı 25 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Tala Qala" İstirahət Mərkəzinin minifutbol stadionunda təşkil edilmişdir.
Oyunun yekununa əsasən: "Batalyon" 1-ci, "Qala 62" 2-ci, "Daşqın" isə 3-cü olmuşdur.
Turnirn keçirilməsində əsas məqsəd 15 İyun-Milli Qurtuluş Günün qeyd etmək, sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və idmanın kütləviliyinin təmin edilməsidir. Turnirdə 28 komanda 320 nəfər iştirakçı iştirak etmişdir. Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılmışdır