Maliyyə pozuntularına yol verməkdə ittiham olunan "Yuventus" ciddi sanksiyalarla üzləşə bilər.

Rekord.az xəbər verir ki, Turin təmsilçisinin günahı sübuta yetirilsə, komandanın 2019/2020 mövsümündə qazandığı çempionluğu əlindən alınacaq.

Bundan başqa, "Qoca Sinyora"nın B Seriyasına göndərilmə təhlükəsi də var.

"Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq üçün klubun baş ofisində axtarış aparıb.