Məşhur futbolçu Tiaqo Silva yenidən "Fluminense"yə qayıdıb.


Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.


O, 2026-cı ilin yanvarında "Fluminense"dən "Portu"ya keçmişdi. Təcrübəli futbolçu 2025/26 mövsümündə "Əjdahalar"ın heyətində 14 oyunda iştirak edib.


Silva bununla da karyerasında üçüncü dəfə doğma klubuna qayıdıb. Onun "Fluminense"nin heyətində bütün turnirlərdə 212 oyun və 19 qolu var.


Silva karyerası ərzində "Çelsi", PSJ, "Milan"da da oynayıb. O, Braziliya millisinin heyətində isə 113 matça çıxıb.