Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu canlı yayımlanacaq.

Rekord.az xəbər verir ki, tamaşaçılar saat 15:00-dan etibarən “CBC Sport”un efirindən “Neftçi” İK – “Baku Fire” görüşünü izləyəcəklər. 

Saat 18:00-da start götürəcək “Araz-Naxçıvan” – PFL matçı isə federasiyanın youtube kanalı (azfutzal tv) üzərindən yayımlanacaq. 

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst (biletsiz) olacaq.