Xorvatiya Panamanı məğlub etdi
- 05:20
- 32
Futbol üzrə dünya çempionatında Xorvatiya Panama millisinə qalib gəlib.
Rekord.az xəbər verir ki, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.
Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.
Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalıblar.