“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
- 20:30
- 38
2-ci Liqada 18-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Xankəndi” “Ağdaş”a, “Qaradağ Lökbatan” “Göygöl”ə böyük hesabla qalib gəlib. “Şəmkir” “Araz Saatlı”nı, “Dinamo” isə “Quba”nı tək qolla üstələyib.
Daha öncə keçirilmiş oyunlarda “Şəki” “Kür-Araz”a qalib gəlib (4:3), “Ağstafa Gəncləri” “Şirvan”a uduzub – 1:2.
2-ci Liqa
18-ci tur
17 mart
“Xankəndi” – “Ağdaş” 5:0
Qollar: Elvin Nəsibov, 1; 78. Müşfiq Teymurov, 22. Bəhruz Teymurov, 43. Tural Qurbatov, 49.
“Şəmkir” – “Araz Saatlı” 1:0
Qol: Tural Məmmədzadə, 67-pen.
“Qaradağ Lökbatan” – “Göygöl” 7:0
Qollar: Nicat Əsgərov, 19. Tofiq Nəsibov, 24; 57-pen; 87-pen. Ayaz Mikayılov, 48. Sabir Allahquliyev, 55. Emil Quluzadə, 83.
“Quba” – “Dinamo” 0:1
Qol: Yadigar Qarayev, 86.