29 may 2023-cü il tarixdə Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qubalı futbol hakimi Akif Əliyevin anadan olmasının 65 illik yubileyi münasibətilə veteran futbolçular arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışın sonunda Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək futbol hakimi Əliyev Akif Məmmədtağı oğlunu 65 illik yubileyi münasibətilə təbrik etmiş, onun ömrünün çox hissəsini idmana həsr etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Rayonda idmanın inkişafında göstərdiyi səmərəli xidmətlərinə, gənclər və İdman idarəsinin keçirdiyi yarışlarda fəal iştirakına görə Əliyev Akif Məmmədtağı oğlu idarə tərəfindən fəxri fərmanla təltif edilmişdir.