Uruqvay yığması yenə xal itirdi
- 04:30
- 30
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti oyununda Uruqvay Kabo Verde ilə qarşılaşıb.
Mayami stadionunda keçirilən H qrupunun 2-ci turunun matçında qalib müəyyənləşməyib - 2:2.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.