U-20 yığmamız qitə birinciliyinin təsnifatına hazırlığı davam etdirir
- 21:06
- 35
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının - EEVZA) hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız yarış öncəsi son təlim-məşq prosesini Qubada keçir.
Yığmamız təlim-məşq toplanışı çərçivəsində bu gün Milli Aviasiya Akademiyasının gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib. Görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-20 yığmamızın hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək.