Türkiyə millisi son oyununda ABŞ-yə qalib gəldi
- 08:40
- 29
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (D) mübarizə yekunlaşıb.
Türkiyə ABŞ ilə üz-üzə gəlib. Los-Anceles stadionunda keçirilən matçda "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər. Avropa təmsilçisinin heyətində Arda Güler (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
Digər oyunda Paraqvay Avstraliya ilə qarşılaşıb. San-Fransisko stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.
Bu nəticənin ardından Avstraliya pley-off mərhələsinə vəsiqə qazanıb. Paraqvay yığmasının növbəti mərhələ şansı isə digər qrupların görüşlərindən asılı olacaq.