"Turan Tovuz" Futbol Akademiyasının rəhbərliyi şagirdlərlə görüşüb - FOTOLAR
- 16:45
- 53
Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbdə İdman Həftəsi çərçivəsində nailiyyətləri olan idmançılarla şagirdlərin görüşü keçirilib.
Rekord.az xəbər verir ki, "Turan Tovuz" futbol klubu akademiyasının bir qrup rəhbər işçiləri məktəbin qonağı olub.
Şagirdlərlə geniş fikir mübadiləsi ediblər, uşaqları maraqlandıran sualları cavablandırıblar, ənənəvi olan belə görüşlərin davamlı olmasını arzulayıblar. Sonda "Turan Tovuz" futbolçularının məktəbin şagirdləri ilə görüşünü təşkil etmək barədə razılığa gəlinib.