“Neftçi”nin əvəzediciləri “Zirə”yə qalib gəldi
- 18:00
- 40
Əvəzedicilər Liqasında 18-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
“Kəpəz-2” – “Qəbələ-2” və “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyunlarında qonaqlar qalib gəliblər. “Neftçi-2” isə “Zirə-2” üzərində çətin qələbəyə sevinib.
Qalan görüşlər sabah keçiriləcək.
Əvəzedicilər Liqası
18-ci tur
2 mart
“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qollar: Amur Yusifov, 73 – Rəvan Əsədov, 25. Qədir Ramazanov, 89.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 3:4
Qollar: Nuran Muradlı, 7. İftixar İbrahimov, 54. İbrahim Piriyev, 82 – Kamal Zülfiyev, 5. Ruslan Əliyev, 45+1. Rəvan Mustafayev, 55-öz qapısına. Elgün İsaqov, 70.
“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Ömər Qurbanov, 79.