Millimizin oyununa hakim təyinatları açıqlandı
- 15:20
- 36
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 3-də, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa hakim təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək:
3 mart
Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Julia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)