Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək.


Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.


Saat 15:00-da "Dalğa Arena"da başlayacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.


Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov yerinə yetirəcək.


Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.