UEFA-nın “HatTrick” proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 17-19 mart 2026-cı il tarixlərində ümumilikdə 3 günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.


Rekord.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.


Kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən Bayıl stadionunda baş tutacaq.


Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 16 yaşına çatmış şəxslər 06.03.2026-cı il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər. Kurslara iştirak haqqı qazanmış şəxslərə 10.03.2026-cı il tarixindən etibarən bu barədə geridönüş ediləcək.