Xorvatiya millisi DÇ-2026-nın qrup mərhələsində təhlükəli rəqibə qarşı çıxış edib.


Rekord.az FIFA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Zlatko Daliç Panamaya qarşı baş tutan oyundan sonra deyib.


Mütəxəssis qələbənin sevindirici olduğunu söyləyib:


"Bu, təhlükəli rəqibə qarşı çətin və gərgin mübarizə şəraitində keçən bir oyun oldu. İlk hissədə istədiklərimizi tam həyata keçirə bilmədik, amma ikinci hissədə xeyli yaxşı oynadıq.


Üç xalı qazandıq və mübarizədə qalmağa davam edirik. Matçda çətin anlar da oldu, lakin özümüzə inamı qaytarmaq və ruh yüksəkliyi qazanmaq üçün bu qələbəyə çox ehtiyacımız var idi."


Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Panamanı 1:0 hesabı ilə məğlub edib.