Azərbaycanda fəaliyyətini dayandırmış klubun təsisçisi və baş məşqçisi hər ay banka borc faizi ödəyir.

Söhbət 2015-ci ildə I Divizionda çıxışını dayandırmış «Şuşa-Qarabağ»dan gedir.

Rekord.az xəbər verir ki, komandanın hüquqi təmsilçisi olan Nadir Qasımov sportinfo.az-a bildirib ki, 2014-cü ildə «Amrahbank»dan götürdüyü 10000 manatı hələ də qaytara bilməyib:

«Həmin vaxt futbolçulara geyim və forma almaq lazım idi. Onda kluba büdcəni AFFA ayırırdı. Pul çatmadığı üçün bunu özüm petmək istədim.

Fikirləşmirdim ki, tezliklə «Şuşa-Qarabağ» fəaliyyətini dayandırar. Məlum qərar veriləndən sonra krediti qaytarmaqda çətinlik çəkdim. Bank məni məhkəməyə verdi.

Məhkəmə isə əsas və qalıq borcun təqaüdümdən tutulması barədə qərar çıxartdı. Əvvəlcə hər ay 2 manat, 50 qəpik ödəyirdim. Bir müddət keçdi, bank bu qərardan da narazı qaldı.

Belədə məhkəmə bu dəfə məndən hər ay 63 manat tutmağa başladı. Çox dedim ki, mən pensiya ilə dolanan adamam, 63 manat çoxdur, fikir vermədilər.

İndinin özündə də həmin pulu avtomatik olaraq pensiya kartımdan çıxırlar. Borcun bağlanmasına hələ xeyli qalıb. Heç bilmirəm nə edim, sözümü kimə deyim…».