Türkiyənin “Ankaragücü” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, ən son testlər nəticəsində daha bir nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub rəsmilərindən olan həmin şəxsin adları açıqlanmayıb. O, dərhal karantinə alınıb.

Xatırladaq ki, “Ankaragücü” son günlərdə üç futbolçusunda, eləcə də iki klub işçisində koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb.