“İmişli”də yeni təyinat!
- 19:40
- 50
“İmişli”də yeni təyinat gerçəkləşib.
Rekord.az xəbər verir ki, Əhməd Şeyubov əyalət klubunda Sosial və Ətraf Mühit Dayanıqlılığı üzrə menecer vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsində sosial dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətin təşkili və bu sahələrdə müvafiq layihələrin inkişafı üzrə çalışacaq.