"Mingəçevir" çox çətin günlərini yaşayır.

Rekord.az xəbər verir ki, ötən mövsüm Premyer Liqa üçün pley-off oynayan komanda hazırda I Liqada sonuncu yerlərdə qərarlaşıb.

Maddi durum da qaydasında deyil. Əldə etdiyimiz məlumata görə, hazırda "Mingəçevir"in borcları 200 min manatı keçib. Futbolçular artıq iki aydan çoxdur maaş almır. Belə getsə, aparıcı futbolçular qışda komandanı tərk edə bilər.