Millimiz DÇ-də yarımfinal matçına çıxır
- 11:20
- 39
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq.
Rekord.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:15-də start götürəcək.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.