"Şamaxı" qışda Edqar Adilxanovu sata bilər.

Rekord.az-a daxil olan məlumata görə, gənc futbolçuya təkliflər var.

Həm ölkə daxilində, həm də xaricində onunla maraqlanan klublar var.Hələ ki, futbolçu "Şamaxı"nın düşərgəsindədir. Lakin ciddi təklif olacağı halda rəhbərlik bu futbolçunu satmaq haqda düşünür. Bununla həm də büdcəni artırmaq istəyirlər.