"Sumqayıt"ın futbolçusu əməliyyat olundu
- 2020-10-30 16:20
- 634
«Sumqayıt» Əli Qurbanidən sonra daha bir futbolçusunu itirib.
Rekord.az-ın məlumatına görə, «kimyaçılar» Süleyman Əhmədovun xidmətindən məhrum olub.
U-21-in yığmasından zədəli dönən təcili əməliyyat olunub. ayağı «menski» olan gənc futbolçunun yeni ilədək yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
O, millinin heyətində Avro-2021-in seçmə mərhələsi çərçivəsində Gürcüstanla keçirilən matçda (0:1) sıradan çıxıb.