
Sumqayıtda stolüstü tennis turniri
- 02 İyl 2025 11:15
- 48
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Qarabağ NN” stolüstü tennis bazasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd şəhərdə "Konstitusiya və Suverenlik İli"nin qeyd edilməsi, güclü tennisçilərin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, şəhər yığma komandasının komplekləşdirilməsidir.
Qaliblər diplomla təltif olunub.