
İki boksçumuz Dünya Kubokunun 1/4 finalında
- 02 İyl 2025 14:40
- 54
Azərbaycanın iki boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.
Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçu 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma iyulun 3-də olacaq.
Qeyd edək ki, Azərbaycanın 11 boksçusunun qatıldığı Dünya Kubokunda ölkəni Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.