Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Rekord.az xəbər verir ki, Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançılarının da qatıldığı yarışda Vaqif Babayevlə Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə ilə Sofiya Trofimenko üçüncü yeri tutub.

Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U-15) bürünc mukafat qazanıb.

Qeyd edək ki, məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.