Futbol üzrə dünya çempionatında Şotlandiya və Braziliya yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, "sambaçılar"ın heyətində Vinisius Junior oyunun ən yaxşısı adına layiq görülüb.


Qeyd edək ki, vinger görüşdə dubl edərək komandasının 3:0 hesablı qələbəsində önəmli rol oynayıb.