Simon ehtiyatda qalmasının səbəbini açıqladı
- 13:00
- 32
"Sumqayıt"ın futbolçusu Nsana Simon Rekord.az-a müsahibə verib:
- Son matçınızda evdə "Qəbələ" ilə oyunda da xal itirdiniz...
- Çətin oyun oldu. Çünki "Qəbələ" yaxşı komandadır. Qələbə üçün əlimizdən gələni etdik, amma təəssüf ki, qazana bilmədik.
- Öz oyunundan nə dərəcədə razı qaldın?
- Məncə, oyunum yaxşıdı. Nəzərə alaq ki, zədə səbəbindən iki turda meydançaya çıxa bilməmişdim. Amma şadam ki, zədəsn sonra yenidən yaşıl meydanlara qayıtmışam.
- "Sumqayıt"da daha çox ehtiyatda qalmağın nə ilə bağlıdır?
- Bu, zədəli olmağımla bağlı idi.
- "Sumqayıt" son oyunlarda qələbə qazana bilmir. Bu gedişlə avrokuboklara vəsiqə qazanmaq çətin görünmür ki?
- Komandamızın oyunundan razıyam. Avrokuboklara vəsiqə qazansaq daha yaxşı olar. Bunun üçün isə daha da yaxşı oynamalıyıq.
- Səncə, şans var?
- Əlbəttə.
Anar XANLAROV