Şeydayevə Azərbaycanda maraq yoxdur?
- 11:00
- 55
"Qarabağ"dan ayrılan Ramil Şeydayev hələ ki, klubsuzdur.
Rekord.az xəbər verir ki, yerli klublardan onunla maraqlanan yoxdur.
"Qarabağ", "Neftçi", "Sabah" kimi iddialılarda oynayıb, yenidən bu klublardan birinə qayıtması real görünmür. Dofər imkanlı "Turan Tovuz", "Zirə" və "Araz Naxçıvan" da onun xidmətində maraqlı deyil. Heç "Sumqayıt"ın da transfer siyahısında yoxdur. Digər elita klublarının təklif etdiyi maaş isə Şeydayevi razı salmaz.
Futbolçu böyük ehtimalla ölkə xaricində özünə klub axtarmalı olacaq. Ən real bazsar Rusiya və Türkiyə bazarıdı.