Türkiyə 1-ci Liqasında 31-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının çıxış etdiyi "Manisa" səfərdə "Altay"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

31 turdan sonra 36 xal toplayan "Manisa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.