Kot d İvuar millisi səbrli olmağın bəhrəsini görüb.


Rekord.az xəbər verir ki, bunu Kot d İvuar millisinin baş məşqçisi Emerse Fae Ekvador yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis qalib gəldikləri görüşü şərh edib:


"Ekvador çox keyfiyyətli komandadır və bunu oyunun gedişində gördük. Futbolçularım matç ərzində diqqətli oynadılar və oyun planına sadiq qaldılar. Səbirli olmağımız vacib idi və sonda bunun bəhrəsini gördük. Qələbədən və komandanın göstərdiyi xarakterdən razıyam. Turnirə uğurlu başlamaq bizim üçün böyük əhəmiyyət daşıyır".


Qeyd edək ki, Kot d İvuar millisi Ekvador yığmasını 1:0 hesabı ilə məğlub edib.