Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən yarımmüdafiəçi Ceydon Sanço Almaniya çempionatında rekorda imza atıb.

Rekord.az “The Sun”a istinadən xəbər verir ki, Bundesliqanın 31-ci turunun matçında ingiltərəli futbolçu “Leypsiq”in qapısına yol tapıb. 

Bu, Sançonun Bundesliqada 40-cı qoludur. Amma ingilis futbolçunun vurduğu qol “Borussiya”nın müsbət nəticə əldə etməsinə kömək etməyib. Onun komandası 1:4 hesabı ilə məğlub olub.

Sanço turnir tarixində ən uğurlu ingiltərəli futbolçudur. O, “Köln”də 39 qol vuran Toni Vudkoku keçib. Futbolçu müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.